Xəbər lenti
Ana əylənməyə getdi, 3 yaşlı körpə evdə acından öldü
Azyaşlı bir həftə evdə ac-susuz və tək qalıb
Rusiyada ana 3 yaşlı körpəsinin ölümünə səbəb olub. Məlumata görə, gənc qadın 3 yaşlı qızı Katyanı evdə qoyaraq əylənməyə gedib. fevralın 13-də evdən çıxan qadın ora 7 gün sonra geri qayıdıb. Bir həftə evdə ac, susuz qalan isə uşaq ölüb.
Məlumata görə, 21 yaşlı Mariya adlı qadın ilkin ifadəsində rəfiqəsinin evinə getdiyini deyib. Pulu olmadığı üçün isə geri qayıda bilməyib.
Körpə evdə ac susuz qalıb, yuyucu vasitə yediyi bir vaxtda, anası öz rəfiqəsi iə birlikdə "İnstagram"da yemək hazırlama prosesini göstərmək üçün canlı yayımda olublar.
Körpənin meyitini isə onun nənəsi aşkar edib. Yaşlı qadın evə gəlməmişdən öncə qızı ilə telefonda danışıb. Onun danışığındakı qəribəliyi hiss edəndə isə nəvəsini şəxsən yoxlamağa qərar verib. Nənə nəvəsinin ad günün təbrik etmək üçün qızının qaldığı evə gedib.
İstintaq zamanı bəlli olub ki, qızını evdə tək qoyan qadın, onu meyiti tapıldığı gün - yəni ayın 20-də "İnstagram" səhifəsində körpəyə ünvanlanan təbrikini də yerləşdirib. Məsuliyyətsiz ana ad günü olan qızına sağlamlıq və xoşbəxtlik arzu edib.
Mariyanın tək baxdığı qızına ölümə tərk etməsinin səbəbləri isə hələlik bəlli deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar