Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan konfetləri Ermənistanda... -ŞƏKİL

Tarix: 23-02-2019 09:45     Baxış: 4228 A- / A+
Azərbaycan konfetləri Ermənistanda...

Ermənistan mağazalarında üzərində Azərbaycan dilində markalanma olan konfetlər satışa çıxarılıb.

Manevr.az
virtualaz.org-a istinadən xəbər verir ki, bunu ölkənin Qida məhsullarının təhlükəsizliyi dövlət xidmətinin başçısı Georgi Avetisyan deyib.

Avetisyanın sözlərinə görə, konfet qutularının üzərində erməni dilində qeyd olmasa da, Azərbaycan dilində və digər dillərdə markalanma olub, bu isə qüvvədə olan qanunvericiliyin pozulmasıdır, həm də onu göstərir ki, məhsul Ermənistana ixrac olunmaq üçün nəzərdə tutulmayıb.

Söhbət "Ferrero SpA” İtaliya şitkərinin istehsal etdiyi "Rafaello” və "Ferrero Rocher” konfetlərindən gedir ki, bunlar Ermənistana "Ferrero SpA” şirkətinin rəsmi nümayəndəliyi tərəfindən deyil, Avetisyanın bildirdiyi kimi, "naməlum təşkilat” tərəfindən idxal olunub.

"Biz idxalçını tapa bilmədik. Konfetlər "Surmalu” yarmarkasında alınıb. Onlar Ermənistana ya qaçaqmalçılıq yolu ilə gətirilib, ya da gömrük rüsumu tətbiq edilməyən 25, yaxud 50 kiloqramlıq partiya ilə daxil olub”, - Avetisyan bildirib.

"Şübhəli konfetlər” müsadirə edilib, indi Ermənistanın qida məhsulları təhlükəsizliyi dövlət xidməti onların mənşəyini araşdırır.

Oxşar hallar Ermənistanda artıq dəfələrlə baş verib. 2017-ci ildə İrəvan bazarlarında Azərbaycanın Quba rayonunda yetişdirilmiş almaların satışı qeydə alınmışdı.
Azərbaycan konfetləri Ermənistanda...

Azərbaycan konfetləri Ermənistanda...



Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar