Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bağçada 3 yaşlı uşaq asılı halda tapıldı - ŞOK SƏBƏB/VİDEO

Tarix: 22-02-2019 22:30     Baxış: 3372 A- / A+
Bağçada 3 yaşlı uşaq asılı halda tapıldı

Rusiyada uşaq bağçalarının birinin həyətində yaşanan hadisənin görüntüləri izləyənləri dəhşətə gətirib.

Manevr.az
xəbər verir ki, hadisə bağçanın həyətində quraşdırılan müşahidə kamerasına düşüb. Belə ki, uşaqlar həyətdə oynayarkən 3 yaşlı Kseniya pilləkəndən sallanmaq istəyib. Bu zaman əli sürüşüb və gödəkçəsinin papağından asılı vəziyyətdə qalıb. Boğulduğu üçün kömək də çağıra bilməyib. Azyaşlılar da ona fikir verməyib. Təxminən 2-3 dəqiqə asılı vəziyyətdə qalıb. Daha sonra tərbiyəçinin gözü asılı vəziyyətdə qalan Kseniyaya sataşıb. Tez özünü yetirən tərbiyəçi uşağı nərdivandan yerə düşürüb. Amma uşaq huşunu itirmiş vəziyyətdə olub. Xoşbəxtlikdən Kseniya ölümdən qurtula bilib.

Anasının sözlərinə görə, bağçaya gələndə müdir Kseniyanın başına gələnləri gizlətməyə çalışıb: "Mən bağçaya gələndə müdir özünü birtəhər aparırdı. Kseniyanın huşunu itirməsi barədə mənə heç nə demədi. Ertəsi gün öyrəndim ki, Kseniya 5-7 dəqiqə bağçanın koridorunda huşsuz vəziyyətdə uzanıb və təcili yardım çağırılıb".

Hazırda uşağın vəziyyəti normal olsa da, anası gələcəkdə bu hadisənin övladının sağlamlığına hər hansı təsirindən narahatdır.publika.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar