Xəbər lenti
Azərbaycanda 19 yaşlı ana doğuşdan 15 dəqiqə sonra öldü

Kürdəmirdə 19 yaşlı ana doğuşdan sonra ölüb.
Hadisə bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Rayonun Carlı kənd sakini Novruzova Nuranə Sədrəddin qızı saat 14:00 radələrində xəstəxananın doğum şöbəsinə müraciət edib. Saat 16:30-da doğum baş verib və gənc ana 3 kilo 400 qram çəkidə oğlan uşağı dünyaya gətirib. Lakin doğuşdan 15-20 dəqiqə sonra gənc anada boğulma halı baş verib və qadın dünyasını dəyişib.
Həkimlərin sözlərinə görə, doğuşdan əvvəl və sonra qadının vəziyyəti yaxşı olub. Halı qəfildən pisləşib. Bütün tibbi yardımlara baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlayıb./qafqazinfo/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar