Xəbər lenti
Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb

Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb.
Manevr.az bildirir ki, fevralın 15-də MPK-460" gəmisi "28 May" NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.
SOCAR-dan Trend-ə verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov "Nefteqaz-62" gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.
Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub.
Faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar