Xəbər lenti
Azərbaycanda 5 uşaq atası intihar edib
Astarada 51 yaşlı kişi intihar edib.
Hadisə rayonunun ucqar dağ kəndi olan Hamuşamda baş verib.
Kınd sakini, 51 yaşlı İlqar Nəhmətov yaşadığı evin həyətindəki tövlədə kəndirlə özünü asıb. Hadisədən mərhumun həyat yoldaşı xəbər tutub və polisə məlumat veriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Mərhumun yaxınlarının sözlərinə görə, intiharın səbəbi məlum deyil. Onlar bildirib ki, İlqar Nəhmətov normal həyat tərzi sürüb, psixoloji cəhətdən də hər hansı bir problemi olmayıb. Mərhumun meyit daxili və xarici müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Uzun illər Rusiya Federasiyasında yaşayan İ.Nəhmətov ailəli olub və 5 övladı var.
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar