Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosunda növbəti təlaş: "Qatarı təcili tərk edin"

Tarix: 18-11-2016 13:26     Baxış: 4364 A- / A+
Bakı metrosunda növbəti təlaş:

Bakı Metropolitenində növbəti dəfə ajiotaj yaranıb. Belə ki, Metropolitenin yaşıl xətti boyunca, "Həzi Aslanov" metro stansiyasından "Dərnəgül" stansiyasına doğru hərəkət edən qatarda ciddi nasazlıq yaranıb.

Xalqxeber.az bildirir ki, qatar "Nəriman Nərimanov" stansiyasına çatmamış tuneldə dayanıb və sərnişinlərdən qatarın "Dərnəgül" stansiyasına getməsinə baxmayaraq "Nəriman Nərimanov" stansiyasında vaqonları tərk etmələri istənilib.

Tuneldə 15 dəqiqəyə yaxın qalan qatar "Nəriman Nərimanov" stansiyasında təcili şəkildə boşaldılıb və təmir üçün növbədənkənar "Bakmil" stansiyasına göndərilib. Qeyd edək ki, dərhal vaqonlardan düşürdülən sərnişinlər "Nəriman Nərimanov" stansiyasında təlaşlanıblar və yaranmış sərnişin sıxlığı bir neçə nəfərin halının pisləşməsinə səbəb olub.

Məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisə saat təxminən 10:30-da 22 saylı qatarda baş verib: "Bu xəbər çox şişirdilib. Sadəcə qatarda texniki nasazlıq qeydə alındığından sərnişinlər təxliyə olunublar, qatar isə depoya göndərilib. Onun əvəzinə xəttə dərhal başqa qatar buraxılıb, qatarların hərəkət qrafiki bərpa olunub. Hazırda heç bir gecikmə və problem yoxdur".

Xatırladaq ki, 2 gün öncə də Bakı metrosunda analoji hal müşahidə edilmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar