Xəbər lenti
Şamaxıda 5 metr hündürlüyündə vulkan püskürdü - TƏFƏRRÜAT

Şamaxı rayonunda vulkan püskürüb.
Manevr.az xəbər verir ki, Şamaxı Rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov məlumat verib.
İcra nümayəndəsi bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb".
B.Bəhramov deyib ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.
Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































