Xəbər lenti
Qarabağ qazisi faciəli şəkildə dünyasını dəyişdi

II qrup Qarabağ müharibəsi əlili Əliyev Müşfiq Sərdar oğlu faciəli şəkildə həlak olub.
Manevr.az teleqraf.com-a istinadən bildirir ki, o, avtomobil qəzasında dünyasını dəyişib.
Müşfiq Əliyev 1969-cu ildə Ağdamda doğulub. Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin batalyonunda erməni işğalçılarına qarşı döyüşüb və yaralanıb. 2-ci qrup Qarabağ əlilidir.
"Qarabağ qaziləri", "Vətən Müharibəsi Əlilləri" ictimai birlikləri, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu Qarabağ qazisinin vaxtsız vəfatından kədərləndiyini bildirir, qazinin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































