Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Göyçayda FACİƏ: qadın abort zamanı dünyasını dəyişdi - Xəstəxanadan açıqlama - YENİLƏNİB

Tarix: 12-02-2019 20:23     Baxış: 4266 A- / A+
Göyçayda FACİƏ: qadın abort zamanı dünyasını dəyişdi - Xəstəxanadan açıqlama - YENİLƏNİB

Göyçay rayon Mərkəzi Xəstəxanası abort zamanı dünyasını dəyişən qadınla bağlı yayılan məlumata münasibət bildirib.

Xəstəxananın baş həkimi Elçin Bilalov trend-ə açıqlamasında bildirib ki, dünyasını dəyişən 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva Göyçay sakini deyil:

"Qadın Astara sakinidir. Həyat yoldaşı çoban işləyir. Bir neçə gün öncə həyat yoldaşı ilə birlikdə Göyçaya gəlib. Bu gün səhər saatlarında qadın kəskin qanaxma ilə xəstəxananın doğum şöbəsinə daxil olub. Qadın 14 həftəlik hamilə olub. Həkimlər onu məcburiyyət qarşısında abort eləmək qərarı verib. Qadın abort zamanı dünyasını dəyişib".

Baş həkim bildirib ki, qadın bu vaxta qədər bir neçə dəfə qeysəriyyə əməliyyatı olub və uşaqlıq borusu zədələnib:

"Hər dəfə qeysəriyyə əməliyyatı zamanı uşaqlıq borusu zədələnir. Bu qadın da 2-3 dəfə qeysəriyyə əməliyyatı olunub. Bu dəfə də qanaxma ilə daxil olub və abort zamanı dünyasını dəyişib".

E.Bilalov bildirib ki, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

***
Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib.

Manevr.az report-a istinadən xəbərinə görə, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun İnçə kəndində yaşayan Ağstafa sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib. Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar