Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Təyyarə qəzasından sonra dünyasını dəyişən futbolçunun ölüm səbəbi bəlli olub

Tarix: 11-02-2019 22:19     Baxış: 3164 A- / A+
Təyyarə qəzasından sonra dünyasını dəyişən futbolçunun ölüm səbəbi bəlli olub



Təyyarə qəzasından sonra dünyasını dəyişən İngiltərənin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın ölüm səbəbi müəyyənləşib.


"Report" "WalesOnline"a istinadən xəbər verir ki, argentinalı oyunçu baş və bədən xəsarətləri nəticəsində ölüb.

Böyük Britaniyada Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabatını açıqlayacaq. Qısa bir hesabat isə iki həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə Fransa "Nant"ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun cəsədi aşkarlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar