Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gəncə hadisələrinə görə təqsirləndirilən jurnalistin məhkəməsi - hakim xəbərdarlıq etdi

Tarix: 08-02-2019 14:12     Baxış: 4213 A- / A+
Gəncə hadisələrinə görə təqsirləndirilən jurnalistin məhkəməsi - hakim xəbərdarlıq etdi



“Criminal.az” saytının rəhbəri Anar Məmmədovun məhkəməsi davam etdirilib.

Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə jurnalist Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dindirilməyən şahid Gülnar Muradovanın yenə də prosesə gəlmədiyi elan olunub.

Şahidə dəfələrlə xəbərdarlıq edilsə də, o, məhkəmə iclasına gəlmir. Bu səbəbdən də onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Anar Məmmədovun vəkili Elçin Sadıqov vəsatət verərək ekspert Bəxtiyar Əliyevin də əlavə şahid kimi məhkəməyə çağırılmasını istəyib. Vəkil bildirib ki, ekspert rəyində anlaşılmayan bir çox ifadələr var.

Dövlət ittihamçısı vəsatətə etiraz etməyib. Prokuror Orxan Kəngərli bildirib ki, cinayət işi materiallarında ekspert rəyi var və bu ittiham tərəfini qane edir. Prokuror deyib ki, müdafiə tərəfi ekspertə suallar vermək istəyirsə, buna şərait yaradılmasına etiraz etmir. Məhkəmə müşavirədən sonra vəsatəti təmin edib və növbəti prosesə ekspert də dəvət ediləcək.

Prosesin davamında hakim məhkəmə zalında olan jurnalistlərə və digər proses iştirakçılarına xəbərdarlıq edib. Hakim bildirib ki, ötən prosesdə iştirak edən iki zərərçəkmiş qadının fotosu çəkilərək sosial şəbəkələrdə və mətbuatda dərc edilib. Hakim buna icazə verilmədiyini bildirib və sonuncu xəbərdarlığı etdiyini söyləyib.

Məhkəmə iclası fevralın 19-də davam etdiriləcək.

A.Məmmədov barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri məhkəmə tərəfindən də qüvvədə saxlanılıb.

Bildirək ki, Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Gəncə hadisələrindən sonra onun rəhbəri olduğu sayt bloklanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar