Xəbər lenti
Naməlum şəxslər Mədinədə anasının gözü qarşısında 6 yaşlı oğlunun başını kəsiblər

Naməlum şəxslər şiəliyə sədaqətə görə, müqəddəs torpaqlarda Ümrə ziyarətinə gedən ananın gözü qarşısında 6 yaşlı oğlunun başını kəsiblər.
Manevr.az open.az-a istinadən xəbər verir ki, bu barədə ölkədə şiələrin hüquq müdafiə təşkilatı məlumat yayıb.
Belə ki, ana oğlu ilə Mədinədə Məhəmməd peyğəmbərin məzarı yerləşən ziyarətgaha yollanıb. Naməlum şəxslər ana və bala məbədə girən zaman, onların şiə olub-olmaması ilə maraqlanıb. Ana müsbət cavab verib.
Bir neçə dəqiqə sonra maşın uşaqla qadının yanında dayanıb və cinayətkarlar oğlanı tutaraq, başını kəsiblər. Bütün bunlar ananın gözləri önündə baş verib.
Ana qışqırıb kömək istəsə də, heç kim qadına yardım etməyə çalışmayıb.
Ölkənin hakimiyyət orqanları hələ də hadisə barədə rəsmi açıqlama verməyiblər. Səudiyyə şiələri Riyadı və beynəlxalq ictimaiyyəti baş verənləri qınamağa səsləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 2018-ci il ərzində baş kəsmə vasitəsilə 48 ölüm hökmü həyata keçirilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar