Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı əsgər döyülüb? - Gürcüstanın Müdafiə Nazirliyindən AÇIQLAMA

Tarix: 07-02-2019 22:38     Baxış: 3237 A- / A+
Azərbaycanlı əsgər döyülüb?

Gürcüstanın Krtsanisi Hərbi Təlim Mərkəzində azərbaycanlı əsgər Elcan Əfəndiyevlə bağlı baş vermiş insident üzrə cinayət işi açılıb.

Manevr.az
-ın report-a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cinayət işi Hərbi Polis Departamentində Cinayət Məcəlləsinin hərbi qulluqçular arasında tabeliklə bağlı qarşılıqlı münasibətlər qaydalarının pozulması maddəsi üzrə qaldırılıb.

Nazirlikdən qeyd olunub ki, şahidlərin ilkin dindirilmələrinə əsasən, indiki mərhələdə E.Əfəndiyevin döyülməsi faktı təsdiqini tapmayıb: “Tibbi ekspertiza da hərbi qulluqçuda hər hansı bir xəsarət və ya zədə müəyyən etməyib. Qori Hərbi Hospitalında da aparılan laborator araşdırma, rentgen, həmçinin psixoloji və digər müayinələr zamanı da sağlamlığa hər hansı bir xəsarətin yetirilməsi təsdiq olunmayıb”.

Müdafiə Nazirliyindən vurğulanıb ki, E.Əfəndiyevin sağlamlıq durumu yaxşıdır və onun heç bir şikayəti yoxdur.

Qeyd edək ki, hadisə Krtsanisi Hərbi Təlim Mərkəzində, ötən gün baş verib. İnsidentdən sonra E.Əfəndiyev huşsuz halda xəstəxanaya çatdırılıb.

Əsgərin atası Elbrus Əfəndiyev açıqlamasında oğlunun çavuş tərəfindən döydürüldüyünü iddia edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar