Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs həbs edildi

Tarix: 07-02-2019 16:22     Baxış: 4260 A- / A+
Azərbaycanda vəzifəli şəxs həbs edildi

Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatları müsadirə edilib.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən "City Farm" MMC-nin ünvanına 99LC081/99ZC081 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan 10 000 kq, 12500 ABŞ dolları dəyərində "Yodex S Povidon" adlı dərman preparatları Bakı Baş Gömrük idarəsinin əməkdaşları tərəfindən normativ sənədlərə uyğun olmadığı üçün saxlanılıb.

Daha sonra gömrük əməkdaşının sayıqlığı və peşəkarlığı sayəsində məlum olub ki, Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi" MMC-nin verdiyi məktubu (sənədi) etibarnamə əsasında həmin şirkətin gömrük işlərini həyata keçirən Həsənov Pərviz Telman oğlu saxtalaşdırıb və yenidən Bakı Baş Gömrük İdarəsinə təqdim edib. Məktubun (sənədin) saxtalaşdırılması ilə bağlı toplanılan sənədlər Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.

Azərbaycan Respublikasının vətəndaşı Həsənov Pərviz Telman oğluna Azərbaycan Respublikası CM-nin 206.1- ci maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adı çəkilən dərman preparatları Bakı Baş Gömrük İdarəsi tərəfindən ekoloji poliqonda məhv ediləcək.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda vəzifəli şəxs həbs edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar