Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ana beşəm dünyaya gətirib -Körpələrin hamısı öldü

Tarix: 17-11-2016 12:25     Baxış: 4362 A- / A+
Azərbaycanda ana beşəm dünyaya gətirib



Azərbaycanda nadir hadisə baş verib. Respublika Perinatal Mərkəzində ana 5 uşaq dünyaya gətirib.

Bu barədə 170 saylı məktəbin müəllim kollektivi və xəstənin yaxınları məlumat veriblər.

Əzimzadə Aysel Əbülfəz qızı bir neçə saat əvvəl 4 oğlan və bir qız uşağı dünyaya gətirib. Həkimlərin böyük səyi nəticəsində uşaqlar sağlam dünyaya gəliblər.

Uşaqlar arasında ən böyük çəkisi olan 500 qram olub.

Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib.

Onun sözlərinə görə, bu, ananın 2-ci hamiləliyi olub.

Direktor qeyd edib ki, birinci hamiləlikdə uşaqlar əkiz olub, onlar inkişafdan qaldıqları üçün vaxtından əvvəl abort olunublar: “Ana ikinci hamiləliyə dərmanlar vasitəsilə qalıb. Hamiləliyin 20-ci həftəsinə qədər ana 3 saylı Şəhər Klinik Xəstəxanasında həkim Mehman Həmzəyevin xəstəsi olub. Hamiləlik boyunca ana hamiləliyin qorunması üçün müxtəlif dərmanlar qəbul edib. Vəziyyəti pisləşəndən sonra Aysel Əzimzadə noyabrın 11-də kəskin qanaxma ilə Mərkəzə daxil olub. Vəziyyəti kəskin ağır olan anan qaraciyər və böyrək funksiyalarının stabilləşdirilməsi məqsədilə hospitallaşdırılıb və lazımi yardım göstərilib.

Səhiyyə Nazirliyi və Bakı şəhər Baş Səhiyyə İdarəsinin müxtəlif xəstəlilər üzrə baş mütəxəssisləri Mərkəzə dəvət edilərək konsilium təşkil edilib, ananın vəziyyətinin stabilləşməsinə istiqamətində iş görülüb. Bu gün səhər saat 7-də doğuş spontan-özbaşına fəaliyyətə başlayıb. Nəticədə çəkisi 200 qramdan 420 qrama qədər olan 5 uşaq doğulub. Lakin görülən bütün tədbirlərə baxmayaraq, körpələrin hamısı ölüb. Son bir ayda ananın qaraciyər və böyrəyində kəskin surətdə baş verən pisləşmələr nəticəsində onun qanında müəyyən dəyişmələr var. Nəticədə uşaqlar 24-cü həftədə zəif inkişaf etmiş doğulublar, ananın böyrəyini və qaraciyərinin kəskin pisləşməsi hamiləliyə öz təsirini göstərib. Bundan sonra ananın sağlamlığının bərpa olunması istiqamətində bütün lazımi tədbirlər görüləcək”.(apa)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar