Xəbər lenti
Özündən 8 yaş kiçik sevgilisini oteldə öldürən Günelin məhkəməsi başladı

Oteldə özündən 8 yaş kiçik sevgilisini öldürməkdə ittiham edilən qadın hakim qarşısına çıxarılıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib.
Qətl hadisəsi ötən il iyunun 25-də Binəqədi rayonundakı “Qrand” oteldə baş verib. Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi otelin ikinci mərtəbəsində bıçaqlayıb.
Məlumata görə, onlar oteldə otaq kirayələyiblər. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev hadisə yerində dünyasını dəyişib. G.Hüseynovaya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar