Xəbər lenti
Bu qədər də olmaz! Sevgilisini çılpaq halda yolun ortasında... -ŞƏKİLLƏR

Türkiyənin Bursa şəhərində avtomobildə mübahisə etdiyi sevgilisi Şengül Vətənsevərin üstünə benzin tökəndən sonra çılpaq halda yol ortasına atan Ümid Varol haqqında ömürlük həbs cəzası tələbi ilə 13ü-cü Ağır Cəza Məhkəməsində cinayət işi açılıb.
Manevr.az Türkiyə KİV-inə istinadla bildirir ki, Varol ittihamnaməyə daxil olan ifadəsində, dəhşətli hadisədən 2 gün sonra həyatını itirən gənc qadının benzini üstünə özünün tökdüyünü irəli sürərək, hadisə anında sevgilisinin ağıl sağlamlığının yerində olmadığını iddia edib.
Şengül Vətənsevər 27 Sentyabr Cümə günü həyatını itirib.
Təxminən 4 ay davam edən istintaq sonunda hazırlanan iddianamədə Varolun istintaq mərhələsində verdiyi ifadəsi də yer alıb.
İfadəsində hadisə anında qızın ağıl sağlamlığının yerində olmadığını müdafiə edən Varol deyib: "Hadisə günü Şengüllə qızını məktəbə qoyandan sonra ağaclıq sahəyə gedib avtomobildə danışmağa başladıq. Aramızda mübahisə yarandı. Mənə səni də, özümü də öldürərəm - dedi. Əsəbiləşərək hər zaman avtomobilimin baqajında olan kerosin bidonunu alaraq öz qollarıma tökdüm. O da əsəbləşib benzini öz üzərinə tökdü."
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































