Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənipərəst müğənni Kaliforniyada boykot edildi -ŞƏKİL

Tarix: 03-02-2019 20:50     Baxış: 3278 A- / A+
Ermənipərəst müğənni Kaliforniyada boykot edildi

Dünən Kaliforniyanın Santa Klara şəhərində Cənubi Azərbaycandan olan ermənipərəst müğənni Rəhim Şəhriyarinin konserti olub. Konserti bir qrup azərbaycanlı boykot edib.
Manevr.az xəbər verir ki, bu barədə musavat.com-a Kaliforniya Azərbaycan Mədəniyyət Evinin rəhbəri Həmid Azəri məlumat verib.

Müsahibimizin dediyinə görə, sözügedən müğənni farsların və ermənilərin sevimlisidir. Daha öncə bir neçə dəfə Kaliforniya Azərbaycan Mədəniyyət Evinə də konsert təşkilatçılığı üçün müraciət etsə də, rədd cavabı alıb: "Biz onun konsertini hər dəfə boykot edirik. Bu şəxs Cənubi Azərbaycanda da bizim fəallarımızı polis vasitəsilə tutdurub. Bu dəfəki konsert zamanı bizim fəallarımız əlləri ilə bozqurd şəkli göstərərərk öz etirazlarını nümayiş etdiriblər".

H.Azəri bildirib ki, bu şəxs Azərbaycanda da konsert proqramı keçirib və azərbaycanlı müğənnilərlə də yaxşı əlaqələr qurub: "Bu dəfəki konsertini də "Azerbaycan music koncert" adı ilə reklam edirdi. Çalğıçıları ermənidir. Konsert zamanı onları ayağa qaldıraraq tamaşaçılara təqdim edib və deyib ki, bizim ermənilərlə, fars və kürdlərlə heç bir problemimiz yoxdur”.

H.Azəri bildirdi ki, Azərbaycanda da bu şəxslər olduğu kimi təqdim edilməli, ölkədə konsert verməsinə şərait yaradılmamalı, eyni zamanda yerli müğənnilər də onunla dostluq münasibətlərinə bir daha baxmalıdır.
Ermənipərəst müğənni Kaliforniyada boykot edildi



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar