Xəbər lenti
Azərbaycanlı uşaq bağçasını partlatmaq istədi - RUSİYADA

Rusiyanın Sankt-Peterburq şəhərinin Oxta rayonunda naməlum şəxs uşaq bağçasına məktub göndərib.
Manevr.az open.az-a istinadən xəbər verir ki, o, məktubda bağçanı partlatmaqla hədələyib.
Müəssisədən 98 uşaq və 12 əməkdaş təxliyyə edilib. Polislər əraziyə və binaya baxış keçiriblər. Lakin şübhəli heç nə aşkar edilməyib.
Sözügedən hadisədən sonra həmin gün naməlum şəxs polisə zəng edib və tanışının yaşadığı evi partladacağını söyləyib.
Polis məmurları zəng edən ərazini təyin edib və oraya yollanıblar. Zəng edən şəxsin 58 yaşlı Azərbaycan vətəndaşı olduğu ortaya çıxıb.
Bağçaya məktub göndərənin də həmin şəxs olduğu müəyyən edilib. Həmvətənimizin Peterburqda qeydiyyatsız yaşadığı və işləmədiyi məlum olub.
Faktla bağlı istintaq başladılıb.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar