Xəbər lenti
Başındakı bıçaqla şəhəri dolaşdı - FOTOLAR

Perulu taksi sürücüsü başından aldığı bıçaq zərbəsindən sonra huşunu itirməmişdi. Əksinə, o, başına girmiş bıçaqla şəhər küçələrini dolaşırdı. Bu binəvanı görənlər onu saxlayıblar və təcili yardım çağıraraq xəstəxanaya yollayıblar.
Milli.Az bildirir ki, Perunun şimalındakı İkitos şəhərində yaşayan 28 yaşlı taksi sürücüsü Klever Kampos quldur hücumuna məruz qalmışdı. Onu qarət edənlərdən biri əlindəki bıçağı Kleverin başına saplamışdı.
Klever möcüzə nəticəsində sağ qalıb.
Onu Loreto hospitalına aparıblar.
4 saat davam edən cərrahiyyə əməliyyatından sonra onun başındakı bıçaq çıxarılıb.
Kamposu bıçaqlamış 30 yaşlı Hesus Saldana həbs olunub. Onun dediyinə görə, Kampos oğrudur: "O, mənim motosiklimi oğurlayıb".
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































