Xəbər lenti
Azərbaycanda 19 yaşlı tələbə bacısının ərindən hamilə qaldı: ata özünü asdı /ŞOK TƏFƏRRÜAT
Oğuz rayonunun Padar kənd sakini özünü asaraq intihar edib.
Bu barədə kənd sakinləri məlumat verib. Bildirilib ki, ortayaşlı Rəhim adlı şəxsin intihar etməsinə səbəb 19 yaşlı qızının digər qızının həyat yoldaşından hamilə qalması olub.
Qeyd edilib ki, iki ay yarımlıq hamilə olan qız keçən il orta məktəbi bitirərək, universitetə daxil olub və hazırda tələbədir.
Həmçinin iddia edilib ki, qızın hamilə olduğunu bilən valideynləri onu evdən qovub və övladlıqdan çıxarıb. Bundan sonra atası özünü asaraq öldürüb.
Bildirək ki, faktla bağlı Padar kəndinin digər sakinləri ilə də əlaqə saxladıq. Onlar faktı təsdiqləyərək, hazırda mərhum üçün yas məclisi keçirildiyini bildirdilər.
Daha sonra məlumatı rəsmi olaraq dəqiqləşdirmək üçün Oğuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bu barədə məlumatlı olmadıqları bildirildi
Oğuz Rayon Prokurorluğunun böyük mütəxəssisi Elşən Kərimov isə saytımıza belə bir hadisənin baş vermədiyini dedi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar