Xəbər lenti
Ata-anasını baltalayan oğuldan YENİ XƏBƏR
Daşkəsəndə ata-anasına balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Firdovsi Bağırov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Manevr.az-ın open.az-a istinadən məlumatına görə, F. Bağırov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 13-də Daşkəsən rayonunun Qabaqtəpə kəndində baş verib. Həmin kənddə yaşayan Firdovsi İlyas oğlu Bağırov 1944-cü il təvəllüdlü atası İlyas Həmzə oğlu Bağırova və anası 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırovaya balta ilə ağır dərəcəli bədən xəsarətləri yetirib. F.Bağırov anasının başına balta ilə bir neçə zərbə endirib, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib.
Hadisə zamanı F.Bağırov sərxoş olub. Narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayan F.Bağırov bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.
Hadisə zamanı ailənin yaxınlıqda olan digər övladı səs-küyə gəlib və ata-anasını avtomobilə mindirərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Daha sonra F.Bağırov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar