Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Direktorun təcavüz etdiyi qızın atası: "Zəng edib ki, kitab gətirmişəm həyətə çıx"

Tarix: 16-11-2016 11:13     Baxış: 5336 A- / A+
Direktorun təcavüz etdiyi qızın atası:


Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin zorladığı iddia edilən məktəblinin atası Rəmzi Abduləliyev hadisənin təfərrüatlarını danışıb:

“Dünən gecə saat 02 radələrində qız anasının evində yatdığı yerdə telefonuna zəng gəlib. Zəng edən direktor Ceyhun olub. Qızım 9-cu sinifdə oxuyur, bir neçə fəndən hazırlığa gedir. Tarix fənnindən də Ceyhun müəllim hazırlaşdırır. Sən demə, uşağı dərsə hazırlamayıb, pis fikirləri var imiş. Dünən gecə də gələndə qıza kitab gətirdiyini deyib, həyətə çağırıb. Qızımdan bir az sonra yoldaşım həyətə çıxıb. Ceyhunun qızımı qucaqladığını, paltarlarını cırmağa çalışdığını görüb. Anası qadındır, gücü çatdığı qədər şillə-təpiklə onu vurub, o da qaçıb gedib. Telefonu, ayaqqabısı da həyətdə qalıb. Anası bir az gec getsə idi, nə olardı, təsəvvür etmirəm. Bizim bildiyimizə görə, Ceyhun Volqoqrad şəhərində 13 yaşlı qızı pis yola çəkdiyinə görə 4 il həbs cəzası çəkib”.

R.Abduləliyev bildirib ki, bu vaxta qədər direktorun qızına fərqli münasibət göstərməsi barədə heç nə eşitməyib:

“Belə bir hadisənin baş verə biləcəyi kimin ağlına gələrdi? Məktəbdə direktor müavini işləyib, indi də direktordur. Təhsil Nazirliyinin təyin etdiyi bir adamın belə bir iş görəcəyini düşünmədik. Məktəbdə mənim qızım kimi yüzlərlə şagird oxuyur. Amma qızım bu vaxta qədər direktorun fərqli münasibəti ilə bağlı heç nə deməyib. Bu barədə polisə məlumat vermişik. Hələ ki, ekspertiza təyin edilməyib, 6-cı günə saxlayıblar. Amma qızın vəziyyəti normaldır”.

Kənd icra nümayəndəsi Abubəkir İsayev publika.az-a bu barədə yalnız polis kəndə gələndən sonra xəbər tutduqlarını deyir:
“Bizdə olan məlumata görə, hadisə başqa bir evdə baş verib. Ceyhun bizim kəndin sakinidir. Bu vaxta qədər onunla bağlı belə bir söz-söhbət eşitməmişik”.

C.Tofiqlinin 32 yaşı var. Hazırda polis bölməsində saxlanılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar