Xəbər lenti
Azərbaycanda hakim HƏBS EDİLDİ
Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Manevr.az "report"a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi haqqında vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib.
İttiham aktına əsasən, T.Zeynalov Asif Bağırova qarşı xeyli miqdarda dələduzluq edib.
O, A.Bağırovun etibarından sui-istifadə edərək ondan 20 min manat pul alıb.
Xatırladaq ki, T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvü olan T.Zeynalov 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərirdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar