Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

38 yaşlı bu qadının kim olduğunu öyrənənlər ŞOKA DÜŞÜR - Dünyanın ən çox gülən...

Tarix: 28-01-2019 16:44     Baxış: 3232 A- / A+
38 yaşlı bu qadının kim olduğunu öyrənənlər ŞOKA DÜŞÜR - Dünyanın ən çox gülən...


Onu küçədə, kafedə və ya hansısa təlim-istirahət düşərgəsində görsəniz, əvvəlcə beyninizin xüsusiyyətinə uyğun olaraq xarici görünüşünə görə ön mühakimə ilə qarşılayar, daha sonra əgər işiniz düşsə, uzağı yaxınlaşıb yolu soruşa və ya saatı öyrənmək istəyə bilərsiniz.

Lakin o, İsveçin yeni Mədəniyyət və Demokratiya naziridir.

Və sizin onu küçədə, kafedə, hansısa təlim-istirahət düşərgəsində sıx-sıx görməniz olduqca normal və nadir rast gəlinməyən hadisədir.

Amanda Sofiya Marqareta Lind

2 avqust 1980-ci il tarixində Uppsala şəhərində anadan olub.

Manevr.az bildirir ki, 2019-cu il, yanvar 22-də isə İsveçin Mədəniyyət və Demokratiya naziri kimi fəaliyyət göstərməyə başlayıb.

Amanda 3 yaşındaykən ailəsi ilə birlikdə Lulea şəhərinə köçüb və orada böyüyüb. Onun atası Erik Hüqo Yohanson din xadimi, anası Eva Bask Yohanson isə əczaçıdır.

Amanda 2009-cu ildə Umea Universitetinin Psixologiya fakültəsindən məzun olub.

2009-2011-ci illərdə Västernorrlandda bir uşaq və yeniyetmə mərkəzində psixoloq kimi çalışıb.

1999-cu ildən bəri Yaşıllar Partiyasının üzvüdür.

Amanda Lind Harnosand şəhər bələdiyyəsində məsləhətçi və bələdiyyə məclisinin birinci müavini kimi də işləyib. Daha sonra Yaşıllar Partiyasının katibi olub.

Amanda rejissor Bjornom Ole Lind ilə evlidir və cütlüyün iki övladı var.

"Demokratiyamız, jurnalistlərin və sənətçilərin azadlığı qorunmalıdır və hər kəsin - böyük bir şəhərdə və ya kənd ərazisində yaşamasından asılı olmayaraq - mədəniyyətdə iştirak etmək imkanı olmalıdır",- Amanda deyir.

O, hazırda həm də idman məsələləri üzrə məsləhətçi statusunu daşıyır.

LGBT üzvlərinin radikal dəstəkçisidir. Onun üçün irqçilik, milli mənsubiyyət, xarici görünüş, dini inanc və bu kimi kateqoriyalar yoxdur. O, dünyaya sadəcə incəsənətin, azadlığın və sevginin hökm etdiyinə inanır.

Yəni, Amandanın "üstünü unlu görüb, adını dəyirmançı" çağırarkən iki dəfə düşünməlisiniz.

Kim bilir, bəlkə Amanda gələcəkdə həm də dünyanın ən çox gülümsəyən siyasətçisi kimi tarixə düşəcək. (publika.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar