Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə anasını fahişəliyə cəlb edən qızla bağlı qərar verdi

Tarix: 28-01-2019 11:28     Baxış: 3147 A- / A+
Məhkəmə anasını fahişəliyə cəlb edən qızla bağlı qərar verdi


Nərimanov Rayon Məhkəməsində insan alverində təqsirləndirilən Sevinc İxayevanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Manevr.az xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara görə, istintaq orqanının təqdimatı təmin olunub və Sevinc İxayevanın barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sevinc İxayeva bu ilin yanvarın 25-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

O, Azərbaycan vətəndaşları olan qadınları 2016-2018-ci illər ərzində İran İslam Respublikasının Meşkinşehr və Təbriz şəhərlərinə aparıb, insan alverinə məruz qoyması faktı müəyyən edilib.Zərərçəkmişlər arasında Sevic İxayevanın anasının da olduğu deyilir. Sevinc hədə-qorxu gəlməklə anasını bu yola çəkib.

Məlum olub ki, Sevinc İxayeva orta təhsillidir, əvvəllər məhkum olunmayıb.

İstintaq orqanı tərəfindən Sevinc İxayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar