Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

2 bacının evdə meyiti tapıldı - Neftçalada ilginc hadisə

Tarix: 15-11-2016 22:24     Baxış: 4435 A- / A+
2 bacının evdə meyiti tapıldı


Bu gün saat 17 radələrində Neftçala şəhəri, 5-ci məhəllə, Qoltuq yaşayış massivindəki evlərdən birində yaşayan iki bacı, 1951-ci ildə anadan olmuş Gövhər Ağagül qızının və 1954-cü ildə anadan olmuş Balacaxanım Ağagül qızının meyitləri Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Manevr.az Virtualaz.org-a istinadən məlumatına görə, iflic keçirdiyi üçün yataq xəstəsi olan bacısına qulluq edən bacılardan birinin 5 gün müddətində çörək almağa gəlməməsindən narahat olan qonşular polisə müraciət etdikdən sonra bacıların yaşadıqları evdə cəsədləri tapılıb.

Meyitlərin ilkin müayinəsi zamanı onların üzərində heç bir zorakılıq əlaməti aşkar olunmasa da, ölümlərinin əsl səbəbi dəqiq və hərtərəfli tibbi ekspertizadan sonra müəyyənləşəcək.

Eyni zamanda evə baxış keçirilərkən mətbəxdəki qaz sobasının açıq olması onlardan birinin qazdan boğulma ehtimalını yaradıb.

İflic keçirmiş yataq xəstəsi olan digər bacının isə 5 gün ərzində baxımsızlıqdan dünyasını dəyişməsi güman olunur.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar