Xəbər lenti
AZAL-ın təyyarəsi 4 klubumuzun yükünü Bakıya gətirmədi

Antalyadakı təlim-məşq toplanışını başa vurub bu gün eyni təyyarə ilə Bakıya qayıdan 4 klubumuz problemlə üzləşib.
Manevr.az xəbər verir ki, "Qarabağ”, "Neftçi”, "Qəbələ” və "Sumqayıt”ın futbolçularının, eləcə də digər sərnişinlərin əksəriyyətinin təyyarənin yük yerinə verilmiş əşyaları gəlməyib. Hətta "Sumqayıt”ın məşq ləvazimatlarının Antalyada qaldığı bildirilir.
Klub nümayandələri Bakı aeroportunun əməkdaşlarına istinadən bildiriblər ki, komandaların yükü normadan artıq olduğundan Bakıya bugünkü reyslə gətirilməyib.
Qeyd edək ki, klubların üzvlərini Bakıya AZAL-ın təyyarəsi gətirib. Onlara bildirilib ki, yüklər Azərbaycana bir də gələn həftənin üçüncü günü olan reyslə göndəriləcək.qol.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar