Xəbər lenti
YAP Sumqayıt şəhər təşkilatının sabiq sədri vəfat edib
Manevr.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin sabiq müavini, YAP şəhər təşkilatının eks sədri Xıdır Alovlu vəfat edib.
Bu barədə əməkdar jurnalist Rəhman Orxan məlumat verib:
"Dostlar, bir az əvvəl kədər doğuran xəbər aldım. Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan ilhamlı-alovlu, vətənpəırvər şair Xıdır Alovlu dünən gecə həyatla vidalaşıb.
Bu il martın 2-də 80 illik yubileyi olacaqdı, ömür vəfa etmədi.
Respublikamızda fəal ictimai xadim, istedadlı şair – yazıçı kimi tanınan Xıdır Alovlu Qərbi Azərbaycanda dünyaya gəlmişdi. Xəyanətkar erməni xislətinə hələ gənc yaşlarından bələd olan Xıdır Alovlu daşnak siyasətinə qarşı mübarizəyə hələ məktəb illərindən qoşulmuşdu. Ermənilərin vəhşi bir xalq, Azərbaycan torpaqlarına iddialı olduqları barədə dəfələrlə Moskvaya kəskin tələblə məktublar yazmış, Göyçə və Zəngəzur əhalisinin zorla Azərbaycanın susuz-quraqlıq, qızmar çöllərinə köçürülməsinə qarşı kəskin etirazını bildirmişdi. Ona görə də hələ 17 yaşından - 1956-cı ildən başlayaraq 4 dəfə ittiham edilmişdi.
O, Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru, İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmış, 1993-cü ildən YAP-ın Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü, Milli Məclisin deputatı olmuşdu.
Xıdır Alovlu erkən yaşlarından şeir yazmağa başlamış, Sumqayıtda yaşayıb-yaratmış, 10-dan artıq şeir və ictimai-publisistik kitabların, həmçinin iqtisadiyyata, ölkənin təhlükəsizliyinə, sosial həyata aid onlarla məqalənin müəllifi idi. Dövlət müstəqilliyimizin xilaskarı və təminatçısı Ulu öndər H.Əliyevə həsr etdiyi poema və şeirləri, publisistik yazıları əliyevşünaslığa ən böyük töhfə, ən gözəl nümunələrdir"
Allah rəhmət eləsin!

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar