Xəbər lenti
Azərbaycanda karate müəllimi qətlə yetirildi – Təfərrüat
Ağdaş rayonunda karate müəllimini qətlə yetirməkdə təqsirli bilinən Hüseyn İbadov barəsində həbs qətimkan tədbirinin uzadılması təqdimata baxılıb.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Ağdaş rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Təqdimat təmin olunub. Hüseyn İbadovun barəsində seçilmiş həbs qətimkan tədbiri 2 aya qədər artırılıb.
İttihama görə, ötən il avqustun 9-da Ağdaş rayonu ərazisindəki qəbiristanlıqda Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib.
Sonra o, könüllü olaraq polisə gəlib, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngini təhvil verib.
Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Hüseyn İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Məlum olub ki, Hüseyn İbadov və Nizami İsmayılov arasında münaqişə pul üstündə yaşanıb. 2017-ci ilin martında Hüseyn İbadov Nizami İsmayılova 500 manat borc pul verib.
Bir ildən artıq keçməsinə baxmayaraq, o, borcu qaytarmaq istəməyib.
Hadisə baş verən günü onlar qəbristanlğın yanında görüş təyin ediblər. Hüseyn İbadov özü ilə silah da gətirib. Onun məqsədi pulunu qaytarmadığı halda, Nizamini öldürməklə olub.
Görüş zamanı Hüseyn İbadov pulunu istəyərkən Nizami İsmayılov onu sərt şəkildə təhqir edib.
İncik düşən Hüseyn İbadov silah dalınca gedib və geri qayıdaraq İsmayılovu güllələyib.
Cinayət zamanı ov tüfəngindən istifadə olunub. Hüseyn İbadov istintaqa bildirib ki, silahı tapıb və nə vaxtsa lazım olar deyə onu saxlamağa qərar verib.
Qeyd edək ki, Nizami İsmayılov karate üzrə müəllim və məşqçi olub.
İstintaq orqanı tərəfindən Hüseyn İbadovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) maddələri ilə ittiham elan edilib.
Hazırda Ağdaş rayon Prokurorluğunda istintaq davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar