Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda 23 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızı fahişəliyə cəlb etdi

Tarix: 22-01-2019 14:40     Baxış: 3176 A- / A+
Bakıda 23 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızı fahişəliyə cəlb etdi

Bakıda yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etməkdə təqsirli bilinən Lerik rayon sakini, 1996-cı il təvəllüdlü Zamin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az
teleqraf.com-a istinadən xəbər verir ki, Zamin Cəfərov 2017-ci il avqustun 14-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Sahibə Səlimovanı (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) fahişəliyə cəlb edib.

O, həmin gün saat 16.30-da rayonun Sabit Orucov küçəsində "Araz" supermarketin yanında dostu Samir Bağırovla görüşüb.

Həmin vaxt Samir dostundan pul müqabilində cinsi əlaqədə olmaq üçün qız istəyib. Zamin ona həm yüngül həyat tərzi keçirən qız, həm də yer təşkil edə biləcəyini deyib.

Zamin Sahibə adlı tanışının olduğunu, 30 manat müqabilində onu Samir ilə görüşdürə biləcəyini deyib. Samir dostunun bu təklifi ilə razılaşıb.

Daha sonra Zamin tanışı Sahibə ilə danışıb və oğlanla pul müqabilində görüşməsini, bunun üçün həmin şəxsdən 30 manat aldığını, 20 manatı özünə götürdüyünü, 10 manatı isə qıza verəcəyini deyib.

Sahibə Zaminin bu təklifi ilə razılaşıb və onun dediyi yerə gəlib. Orada Sahibə Zamindən 10 manatı alıb.

Sonra Sahibə Samirlə birlikdə Zaminin kirayə yaşadığı ünvana yollanıb. Samirlə Sahibənin olduğu ünvana polis basqını olub. Polislər onları cinsi əlaqədə olan zaman yaxalayıblar.

Hər iki şəxs barəsində inzibati qaydada cərimə tətbiq olunub.

İstintaq müəyyən edib ki, Zamin Cəfərov qazanc əldə etmək məqsədilə yetkinlik yaşına çatmayan qızı fahişəliyə məcbur edib. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Xətai rayon Məhkəməsinin hökmü ilə Zamin Cəfərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Zamin Cəfərov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bildirib ki, Samirlə Sahibə könüllü cinsi əlaqədə olmaq istəyiblər. Bu səbəbdən ondan yer istəyiblər, o da kirayə qaldığı evin açarını onlara verib.

Zamin Cəfərovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada baxılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti apelyasiya şikayətini təmin etməyib.

Bundan sonra Zamin Cəfərov kasasiya şikayəti verib. O, işinə düzgün baxılmadığı qeyd edib və Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinə yeni apelyasiya baxışının təyin olunmasını xahiş edib.

Zamin Cəfərovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılıb və təmin olunmayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar