Xəbər lenti
Kəlbəcərdə ölən ermənilərlə bağlı yeni məlumat

Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda ağır qəza baş verib.
Qəza Kəlbəcərdən Zar kəndinə gedən yolun 12-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, “Niva” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və 2 sərnişin ölüb, daha bir sərnişin isə ağır yaralanıb.
Faktla bağlı araşdırma başladılıb./axar.az
***
Yanvarın 20-də gecə saat 22 radələrində işğal altında Kəlbəcər yolunda baş vermiş avtomobil qəzasının təfərrüatı açıqlanıb.
Hadisə Kəlbəcərdən Tsar kəndinə gedən yolda baş verib. "Niva" markalı avtomobilin Kəlbəcərin 12 km-liyində uçuruma yuvarlanması nəticəsində sərnişinlər A.İ, E.A və sürücü O.Q. qəza yerindəcə keçiniblər. A.T adlı şəxs isə ağır yaralanıb. O, tibb mərkəzinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Ölənlərin hər üçü Ermənistanın Vatnodzor vilayətinin Vernaşen kəndinin sakinləridir. Yanvarın 21-də Qladzor kəndinin icra nümayəndəsi Armen Movsisyan bununla bağlı açıqlamasında deyib ki, sürücü və sərnişinlər dost olub. Onlar tikinti işi ilə məşğul olurmuşlar. Ermənistanda fəlakətli durumda yaşayan ermənilər işğal altındakı Azərbaycan torpaqlarına da qanunsuz olaraq aparılan tikinti işlərində çalışmağa gedirmişlər. Movsisyan onu da deyib ki, hadisəyə sürücünün səhhətinin qəfil pisləşməsi və idarəetməni itirməsi səbəb olub. Nəticədə “Niva” yoldan çıxıb və dərəyə yuvarlanıb./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar