Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

20 Yanvar günü tankın ağır yaraladığı kimyaçı alim bu gün vəfat etdi -Acı təsadüf

Tarix: 20-01-2019 21:31     Baxış: 3296 A- / A+
20  Yanvar  günü tankın ağır  yaraladığı  kimyaçı  alim bu  gün  vəfat etdi -Acı  təsadüf
AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru, böyük kimyaçı alim, dəyərli elm adamı, səmimi və mehriban insan İdris Əhmədov vəfat edib.
Manevr.az xəbər verir ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə doktoru Əfsun Şucayevin məlumatına görə “Qanlı 20 Yanvar” faciəsində ölümlə burun-buruna qalan alim məhz 29 ildən sonra elə bu gün dünyaya vida deyib:

“Bu gün çox üzücü bir xəbər aldıq. Azərbaycan elmi ictimaiyətinə böyük itki üz verib. Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının professoru, AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru, böyük kimyaçı alim, dəyərli elm adamı, səmimi və mehriban insan İdris Əhmədov vəfat edib.

Məlumat üçün bildirək ki, İdris müəllim "Qanlı 20 Yanvar" faicəsinin ağır acısını yaşamış bir insan olmuşdu. Belə ki, 1990-cı il yanvarın 24-də vəhşiləşmiş, qəddar sovet tankçıları tərəfindən Azərbay­canın görkəmli kimyaçı alimlərinin minik maşının əzib keçmiş və avtomobildə olan kimya elmləri doktorları İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədovanın ölümünə, İdris Əhmədov və Parlaq Mustafayevanın ağır yaralanmasına səbəb olmuşdur. Uzun müddətli müalicədən sonra sağala bilən İdris müəllim məhz o dəhşətli hadisədən 29 il sonra dünyasını dəyişdi».azedu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar