Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda işdən evə qayıdan qadını küçədə zorladılar

Tarix: 18-01-2019 09:30     Baxış: 3181 A- / A+
Bakıda işdən evə qayıdan qadını küçədə zorladılar

Bakının mərkəzində, küçənin ortasında 30 yaşlı paytaxt sakini zorlanıb.

Manevr.az
“Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, cinayət yanvarın 15-dən 16-na keçən gecə, saat 01:00 radələrində Nizami küçəsində, 149 nömrəli evin (italyan həyətində olan köhnə bina) həyətində baş verib.

Naməlum kişi gecə işdən evə gələn qadına (etik məsələlərə görə ad yazmırıq) hücum edib.

Zərərçəkənin kafedə qabyuyan işlədiyi bildirilir.

Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb. Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub.

Polislər qadının qışqırıq səslərini eşidərək onun köməyinə tələsiblər. Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar.

Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub.

Təcavüzkar qadının çənəsini sındırıb. Polis zərərçəkmişi xəstəxanaya çatdırıb.

İlkin araşdırma zamanı məlum olub ki, qadın piyada işdən qayıdırmış. Həmin vaxt Loktinov ona yaxınlaşaraq danışmağa başlayıb. Əvvəlcə qadın naməlum şəxslə danışıb, lakin sonra nə isə hiss edərək kişidən yaxasını qurtarmağa çalışıb.

Amma əlverişli məqam gözləyən kişi qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Sonra isə ona təcavüz edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar