Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Arvadı"nı evdə kişi ilə tutub, 5 min manat istəyəndi

Tarix: 16-01-2019 11:13     Baxış: 3201 A- / A+
"Arvadı"nı evdə kişi ilə tutub, 5 min manat istəyəndi


Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aydın Qurbanov, Mais Mirzəyev, Fərid Xudaverdiyev və Həmid Alməmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Manevr.az-ın open.az-a istinadən məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, həmin şəxslər Bakı şəhər sakini Vüsal Məmmədovdan (ad, soy ad şərti) hədə-qorxu ilə pul tələb ediblər.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Məmmədov ötən il martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.

Onun sözlərinə görə, sonradan həmin evə gələn digər naməlum şəxs özlərini həmin qadının əri və qohumları kimi təqdim edib, onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan H.Alməmmədov qısa müddətdə müəyyən edilərək polis tərəfindən saxlanılıb. Göyçay rayon sakini olan H.Alməmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Daha sonra digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar