Xəbər lenti
Əsrarəngiz ölüm - Yaşamadığı binanın həyətində tapıldı
Ehtimal olunur ki, o, özünü mənzildən yerə atıb
Türkiyənin Adana şəhərində bir qadın yaşamadığı binanın həyətində ölü olaraq tapılıb.
Manevr.az aznews.az-a istinadla xəbər verir ki, binada yaşayan bir şəxs səhər-səhər işə getmək üçün evdən çıxarkən binanın qarşısında hərəkətsiz halda uzanan qadın görüb və polisə, təcili tibbi yardıma zəng edib.
Hadisə yerinə gələn təcili tibbi yardım komandası qadının həyatını itirdiyini deyib.
Polislərin apardığı araşdırmalar nəticəsində cəsədin 45 yaşlı Perihan Büyükbayrama aid olduğunu müəyyənləşdiriblər.
Qadının həmin binada qalmadığı öyrənilib. Binanın sakinləri 4-cü mərtəbə yerləşən bir mənzilin çox baha qiymətə tanınmayan bir şəxs tərəfindən kirayə alındığını və qadının ora gələ biləcəyini bildirib.
Məlum olub ki, qadın səhər 07.45-də həmin mənzilə gəlib. Hadisə yerində göründüyü kimi, qadının ayaqqabılarından biri bədənindən bir metr aralıda olub. Ehtimal olunur ki, o, özünü həmin mənzildən atıb.
Hadisədən bir neçə saat sonra Perihan Büyükbayramın həyat yoldaşı Cüneyt Büyükbayram və bacısı Aylin Büyükbayram hadisə yerinə gəlib.
Aylin Büyükbayram "Sən buraları tanımırsan. Səni bura kim gətirib?" deyərək ağlayıb.
Polis faktla bağlı araşdırma aparır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar