Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ata 6 yaşlı oğlunu süpürgənin sapı ilə döyə-döyə öldürdü - Qeyri-adi səbəb - ŞƏKİL

Tarix: 14-01-2019 14:00     Baxış: 2239 A- / A+
Ata 6 yaşlı oğlunu süpürgənin sapı ilə döyə-döyə öldürdü - Qeyri-adi səbəb - ŞƏKİL

Türkiyənin Hatay rayonunun İskəndərun qəsəbəsində pilləkəndən yıxıldığını deyib, xəstəxanaya gətirdiyi oğlunu atanın döydüyü üzə çıxıb.

Manevr.az sfera.az-a istinadla xəbər verir ki, Məhmət Əli Yılmaz adlı kişi 2012-ci ildə evləndiyi və bir müddət öncə boşandığı Gülüstan Özgərdən olan 6 yaşlı Mərtcan adlı oğlunu yanvarın 3-də xəstəxanaya gətirib.

O, xəstəxanada bildirib ki, oğlu pilləkənlərdən yıxılaraq xəsarət alıb. Vəziyyəti ağır olan uşağın müayinə zamanı oturacağında göyərtilər aşkarlanıb. Buna görə Mərtcanın atası polis tərəfindən şübhəli kimi dindirilib. Polisə ifadə verən zaman ata Yılmaz dərslərini oxumadığı üçün oğlunun oturacağına bir neçə dəfə vurduğunu etiraf edib. Polis ifadə əsasında araşdırmanı daha da dərinləşdirib. Və məlum olub ki, ata oğlunu süpürgənin dəmir sapı ilə vəhşicəsinə döyüb.

Ata Yılmaz dərhal həbs olunub. Hadisədən 4 gün sonra müalicə aldığı xəstəxanada Mərtcan vəfat edib.

Yılmaz polisə verdiyi ifadədə elə şeylər danışıb ki, polislər şok keçiriblər. O deyib ki, 6 yaşlı oğlunu dərs oxumadığı üçün süpürgənin dəmir sapı ilə döyüb, dodaqları göyərən uşaq yerə yıxılıb: "Oğlum yerə yıxılıb, hərəkətsiz qalanda, qorxumdan ona ürək masajı etdim. Amma Mərtcanda hərəkətlilik olmadı. Bundan sonra oğlumu qucağıma aldım. Qusmağa başladı. Bu vaxt təcili yardım gəldi, xəstəxanaya çatdırdım. Xəstəxanada qorxumdan döydüyümü demədim, pilləkəndən yıxıldığını söylərim. Çox peşmanam".

Bu arada, polis Yılmazın digər övladının anasının da ifadələrini alıb. Məlum olub ki, övladını öldürən ata digər uşaqlarına və arvadına da mütəmadi olaraq zorakılıq edib, onları döyürmüş.

Arvadı da zorakılığına görə Yılmazdan boşanıb. Yılmazın bundan başqa 10-a yaxın cinayət əməlinin olduğu üzə çıxıb. O keçmiş arvadını da təhdid edərək, uşaqların hüququnu öz üzərinə alıbmış.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar