Xəbər lenti
Məşhur marketə silahlı hücum - Müdir müavini xəsarət aldı

Azərbaycanda supermarketə silahlı basqın olub.
Manevr.az-ın “qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, “Bazarstore” marketlər şəbəkəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən filialına gələn maskalı şəxs silahla kassiri hədələyərək pul tələb edib.
Mağazanın mühafizəçiləri və müdir müavini Famil Babayev həmin şəxsə müdaxilə edərək zərərsizləşdirmək istəyiblər. Silahlı şəxs tapançanın arxası ilə Famil Babayevin başından vuraraq oradan qaçıb.
Abşeron rayon polis şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (silahlı quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün istintaq aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar