Xəbər lenti
Jurnalistlər vəhşicəsinə döyülüb - Rusiyada

Rusiyada “Layf.ru” telekanalının əməkdaşları naməlum şəxslərin hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, hadisəni törədənlər polisin “qırmızı vəsiqəsini” göstərərək, özlərini DİO əməkdaşı kimi təqdim edə ediblər. Olay təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
Kadrlardan da göründüyü kimi, telekanalın əməkdaşları Mark Bezımennı və Vladimir Serenko rəfiqələri ilə birgə evlərinə daxil olmaq üçün binanın həyətinə doğru gedirlər. Daha sonra isə qız mağazaya yollanır. Bu an jurnalistlərə 2 qara rəngli xarici avtomobil yaxınlaşır. Maşınlardan düşən şəxslər dərhal telekanalın əməkdaşlarını döyməyə başlayırlar.
Kadrlarda jurnalistlərin əllərinin necə qırıldığı, onlara endirilən zərbələri açıq-aydın görmək mümkündür. Hətta jurnalistlərdən birini zorla maşına tərəf də sürüyürlər. Şokda olan telekanal əməkdaşları nə üçün döyüldüklərini anlamağa çalışır. Hücuma məruz qalanlar səs-küy saldıqdan sonra cinayətkarlar gəldikləri maşınlarla hadisə yerindən uzaqlaşırlar.
Qeyd edək ki, hadisə ötən gecə baş verib. Faktla bağlı araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar