Xəbər lenti
Bakıda dəhşətli partlayış - Ailə məhv oldu
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.
FHN-dən verilən məlumata görə, partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış “Tofaş” markalı avtomobilin üzərinə aşıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb.
Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.
Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Aydın Məmmədov və xanımı Xuraman Məmmədova yanaraq, qızları Aygün isə tüstüdən boğularaq həlak olublar.
Qonşular bildiriblər ki, ailənin Aygündən başqa iki qızı da var, onlar ailə qurub:
Evin yiyəsi Aydın Məmmədov “Hacı” idi, təzəlikcə ürəyindən əməliyyat olunub, heç yerdə işləmirdi. Onların evi plana düşsə də, verilən kompensasiya ilə razılaşmadıqları üçün köçmədilər, evdə yaşamağa davam edirdilər. Gördüyünüz kimi, buradakı tikililərin çoxu sökülüb”.
Qonşular, həmçinin qeyd edib ki, dünən ərazidə qazın verilməsində bir neçə dəfə fasilələr olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar