Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda valyutadəyişmə məntəqəsinin işçisinə hücum edilib - 82 min manat aparılıb - VİDEO

Tarix: 09-01-2019 21:02     Baxış: 5306 A- / A+
Bakıda valyutadəyişmə məntəqəsinin işçisinə hücum edilib - 82 min manat aparılıb - VİDEO



Bakıda valyutadəyişmə məntəqəsinin işçisinə hücum edilib.


Manevr.az xezerxeber-ə istinadən məlumatına görə, naməlum şəxslər quldurluq yolu ilə ondan külli miqdarda pul alıblar. Hadisə ötən gün axşam saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində- metronun ''Neftçilər'' stansiyası yaxınlığında baş verib.
Zərərçəkmiş 40 yaşlı Anar Mirzəyev ''102'' xidmətinə məlumat verib ki, işlədiyi valyutadəyişmə məntəqəsindən çıxıb evə gedərkən yolda ona hücum edilib.
Zərərçəkmiş torbada 81 min 750 manat pul olduğunu deyib.

Anar Mirzəyev quldurluq edən həmin şəxslərin üzlərini görmədiyini bildirib. Ehtimal var ki, cinayətkarlar valyutadəyişmə məntəqəsinin işçisini izləyərək onun iş qrafiki və hərəkət marşrutunu qabaqcadan müəyyən ediblər. Hazırda Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat keçirirlər.



Faktla bağlı cinayət işi başlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar