Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Birinci sinif şagirdi məktəbdən evə tək gedib

Tarix: 12-11-2016 17:33     Baxış: 3357 A- / A+
Birinci sinif şagirdi məktəbdən evə tək gedib

Bakıda nitq qüsurlu uşaq oxuduğu məktəbdən evə valideyn nəzarəti olmadan buraxılıb.

Manevr.az-ın xəbərinə görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Belə ki, 55 saylı orta məktəbin 1-ci sinif şagirdi Məhəmməd Mirzəyev dərs saatı bitdikdən sonra məktəbdən çıxaraq evə yollanıb.

Amma M.Mirzəyev yolu tanımadığından küçədə qalıb. Məhəmmədin bacısı - həmin məktəbin 3-cü sinif şagirdi Əsmər Mirzəyeva qardaşını Bakı Metropoliteninin "Xətai" stansiyasına qədər gətirib. Uşaqlara burada 14 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü kömək edib. Sürücü uşaqların Biləcəri qəsəbəsində yaşadığını öyrənib və onları evə aparıb.

55 saylı orta məktəbin direktoru Sevinc Tahirova açıqlamasında deyib ki, Əsmər və Məhəmmədin anası Vüsalə Mirzəyeva hər səhər övladlarını məktəbə gətirir, amma axşam işdə olduğuna görə uşaqlarını evə aparmağa gələ bilmir: "Həmin uşaqlar bizim məktəbə Biləcəri qəsəbəsindən gəlirlər. Çünki Məhəmməd və Əsmər bizim məktəbdə yaradılan xüsusi siniflərdə təhsil alırlar".

Direktorun sözlərinə görə, anasının razılığı ilə 1-ci sinif şagirdi Məhəmməd Mirzəyev bacısı Əsmər Mirzəyeva ilə məktəbdən evə yola salınır. S.Tahirova bu cür halın bir daha təkrarlanmaması üçün valideyni məktəbə dəvət edib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində də araşdırma aparılır."Report"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar