Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gömrük postunun rəisi və daha 3 vəzifəli şəxsi saxlanılıb

Tarix: 08-01-2019 19:48     Baxış: 3237 A- / A+
Gömrük postunun rəisi və daha 3 vəzifəli şəxsi saxlanılıb

Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi və daha 3 vəzifəli şəxsi saxlanılıb.

Manevr.az
xəbər verir ki, Dövlət Gömrük Komitəsindən metbuat.az-a verilən məlumata görə, gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər və şəxslərlə cinayət əlaqəsinə girməkdə şübhəli bilinən Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, postun rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov saxlanılıb.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 312, 311,308 və 206-cı maddələri üzrə cinayət işi başlanılıb.

Xidməti vəzifələrinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduqlarına görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 6 dekabr 2018-ci il tarixli əmri ilə Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib, barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Onu da qeyd edək ki, faktla bağlı yanvar ayının 8-də rəsmi məlumatlara əsaslanmayan, yanlış şərhlərlə xəbərlər paylaşılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, fakt üzrə məlumatların ictimaiyyətlə paylaşılmaması əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı olub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar