Xəbər lenti
Ayağını qucağında daşıyan snayperçi - Bədənimin sümüklərini çıxarıb...
13 yaşında ikən ölümlə tanış olan, buna görə snayperçi olmağa qərar verən suriyalı Əbu Yusif vətənindəki müharibənin dəhşətlərindən danışıb.
13 yaşında həyatın acı gerçəklikləri ilə tanış olan Yusif məktəbdən ayrılmaq məcburiyyətində qalaraq Türkiyəyə gedib.
Daha sonra dözə bilməyib vətəninə qayıdaraq Azad Suriya Ordusuna qatılıb. 3,6 illik təlim və təhsildən sonra snayperçi olub İŞİD və PKK terror təşkilatının kabusuna çevrilib. Bəşər Əsəd rejiminin hücumunda havadan atılan bombaların birinə tuş gələn Yusifin bədəni parçalara ayrılıb. 8 ildir, müharibənin dəhşətləri içində savaşan Yusif iki cəbhədə: həm İŞİD-ə, həm də Bəşər Əsəd rejiminə qarşı savaşmaq məcburiyyətində qalıb.
"Snayper olmaq çox asan olmadı mənim üçün. Hər şeydən öncə güclü iradə sahibi olmalısan. Yoxsa gördüklərin qarşısında dəli olarsan. Güclü iman və iradən olmasa, kimsəni öldür bilməzsən. Mən hər dəqiq vuruşumda hüzur tapıram. Çünki vurduqlarım uşaqların, qadınların qatili olur. Əsəd rejimi xalqa terrorçu gözü ilə baxır. Bu da bizim mübarizəmizi haqlı çıxarır. Dinc sakinlərə elə işgəncələr verilir ki, insan insanlığından utanır.
İdlibdə təyyarələr içində olduğum komandanı hədəf aldı. 14 nəfər yaralandı. Birinin ürəyinə, birinin şah damarına, birinin baş dərisinə qəlpələr sancıldı. Mənim isə ayağəm baldırımdan qopmuşdu. Ayağımı vücudumda saxlayan tək şey kiçik dəri parçası idi. O an ağrı hiss etmədim, müdhiş bir ilahi yardım hiss edirdim. İsti qanın bədənimdən axmasını izləyirdim. Ayağımı qucağımda daşıdım... Məni xəstəxanaya apardılar və sadəcə ayağımın iki tərəfinə taxta qoyub bağlamaqla kifayətləndilər. Yaralı insanların fəryadları dinmirdi. O qədər pis şeylər gördüm ki, heç vaxt unuda bilmirəm. Ayağım qopsa da, bu, mənə çox yüngül gəldi. Çünki başqa insanların yaraları məni dəhşətə salmışdı. 3 dəfə əməliyyat oldum. Bədənimin müxtəlif yerlərindən sümüklər götürüb ayağıma əlavə etdilər. 3-cü əməliyyatdan sonra ayağımı hiss etməyə başladım..."-, Yusif başına gələn bəlaların qısa bir qismini belə nağıl edib.\publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar