Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Dedi ki, 10 min verib işi bağlamışam, hara istəyirsən, şikayət elə!"

Tarix: 08-01-2019 12:33     Baxış: 3195 A- / A+
"Dedi ki, 10 min verib işi bağlamışam, hara istəyirsən, şikayət elə!"

"Elə rəy verirlər ki, guya maşını mən vurmuşam..."


Manevr.az
bildirir ki, bunu aznews.az-a açıqlamasında dekabrın 8-də Zabrat-Maştağa magistral xəttində piyada zolağından yolu keçən zaman maşınla vurulan Bakı şəhər sakini Aynur Məhərrəmova deyib.

O, bildirib ki, həmin vaxt sürücü ona ilkin tibbi yardım göstərməkdən boyun qaçırıb:

"Dəfələrlə təkid etsəm də, təcili yardım çağırmadı. Dedi ki, "əgər mən həkim çağırsam işə polis qarışacaq. Orada sənə baxmayacaqlar, üstəlik, mən polislə dil tapıb işi bağlayacam. Gəl sənə pul verim, xəstəxanaya getmə" - deyə məni ələ almağa çalışdı. Amma görəndə ki, mən təkid edirəm, məcbur olub qardaşıma telefon etdi, mənim qəza keçirdiyimi dedi. Özümü pis hiss edirdim, başım fırlanır, ürəyim bulanır, yeriyə bilmirdim. 40 dəqiqədən sonra qardaşım hadisə yerinə gəldi. Qardaşım məni xəstəxanaya gətirdi. Həkimlər müayinə etdilər. Məhkəmə-tibbi Ekspertizası və Potoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin 1795 saylı, 26.12.2018-ci il tarixli rəyinə əsasən, baş beyin silkələnməsi, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, sol gicgah, sağ bazu oynağı nahiyəsinin, sağ aşağı-baldır oynağı nahiyəsinin və sol ayağın 2 barmağının qançırları müəyyən edilib. O gündən xəstəxanadayam, Xudayar Xuduyev bir dəfə də olsun mənə baş çəkməyib. Aldığım müalicədə dava-dərmanın alınmasına kömək etməyib".

Aynur Məhərrəmova qeyd edib ki, onun xəbəri olmadan Sabunçu rayon Polis Şöbəsində açılan işə dekabrın 27-də xitam verilib:

"Xəstəxanaya yerləşdirildikdən sonra Sabunçu Rayon Polis İdarəsində təhqiqat işi başlanıb. İşi tədqiqatçı Canpolad Nağıyev aparırdı. Amma o günü xəbər tutmuşam ki, işə xitam verilib. Mən şikayətçi olduğum halda iş necə bağlana bilər? Həm Xudayardan, həm də Sabunçu Rayon Polis Şöbəsindən şikayətçiyəm. Onlar elə danışır, elə rəy verirlər ki, guya maşını mən vurmuşam. Sürücü deyir ki, mənim maşınımın buferi sınıb, onu düzəltdirməlidir. Biz ondan dəfələrlə müalicə üçün dəstək istəsək də kömək etməkdən boyun qaçırıb. Xudayar Xuduyev deyir ki, "10 min verib işi bağladım, hara istəyirsən get şikayət elə, məni narahat eləmə".

Aynur Mərərrəmova məsələyə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

Qeyd edək ki, dekabrın 8-də Zabrat-Maştağa magistral xəttində Xudayar Xuduyev, idarə etdiyi Mersedes Benz markalı 90 BX 049 dövlət nömrə nişanlı avtomobil ilə piyada zolağından yolu keçən Bakı şəhər sakini Aynur Məhərrəmovanı vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar