Xəbər lenti
Azərbaycanlı tələbə qızları öldürən şəxs iki gün cəsədlərin yanında qalıbmış- TƏFƏRRÜAT
Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızları kirayə qaldıqları mənzildə qətlə yetirənin kimliyi məlum olub.
Tibb fakültəsinin ikinci kurs tələbələri Buket Yıldız (20) və Zeynəb Hüseynbəylinin (22) Yıldızın keçmiş sevgilisi olduğu iddia edilən Hüsnü Can K. tərəfindən bıçaqlanaraq öldürülməsiylə bağlı detallar təsdiqini tapıb.
Polis qızları öldürdükdən sonra iki gün cəsədlərinin yanında qalan, "Rinkov" kimi tanınan qətl şübhəlisi Hüsnü Can Ç.-nin axtarışlarını davam etdirir.
Şübhəlinin sosial şəbəkə hesablarında "Criminal Case video" oyunu paylaşımları üzə çıxıb.
Buketin atası "Qızım qatillə 1 il öncə tanış olmuşdu. Hal və davranışları xoşuna getmədiyi üçün onunla görüşmək istəmirdi. Ancaq qatil qızımdan əl çəkmədi" deyib.
Qohumların dediklərinə görə, qatil sevgili Türkiyədən Ukraynaya Buketi görməyə gedibmiş. Evə girdikdə Buketlə mübahisə edib. Qızlar onu evdən çıxarıblar. Sonra Zeynəb marketə gedib. Qatil küçədə plan qurub. Zeynəbin evdən çıxmağını fürsət bilib, evə daxil olub. Buketi evdə bıçaqlayıb. Zeynəb də marketdən qayıtdığında bıçaqlanıb.
Hüsnü Can Ç-nin 2 yanvarda Ukraynadan Türkiyəyə "uçduğu" təsdiq edilib.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar