Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynada iki azərbaycanlı tələbə qızın meyiti tapıldı -Qətlə yetirildikləri ehtimal edilir / FOTOLAR

Tarix: 04-01-2019 22:30     Baxış: 4244 A- / A+
Ukraynada iki azərbaycanlı tələbə qızın meyiti tapıldı

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızların meyitləri tapılıb.
Manevr.az report-a istinadən xəbər verir ki, Xarkovdakı universitetlərdən birində təhsil alan ikinci kurs tələbələri Zeynəb və Buketin meyitləri müvəqqəti yaşadıqları evdə tapılıb.

Polis ilkin baxışda meyitlərin üzərində zərbə izləri aşkar edib. Hazırda araşdırma aparılır. Hər iki tələbə əslən Azərbaycanın Yevlax rayonundan olub, Türkiyənin İğdır vilayətinin sakinləridirlər.

Buket Yıldızın atası qızının qətlə yetirilməsi ilə bağlı bir sıra məlumatlar verib: "Qızım bizə hər gün zəng edərdi. Bir neçə gün ondan xəbər ala bilmədik. Ukraynadakı tanışlarımıza xəbər verdik. Lakin qapı döyülsədə açan olmayıb. Dərhal polisə xəbər etdik. Polislər qapını qırıb içəri daxil olduqda qızımın və rəfiqəsinin cəsədi ilə qarşılaşıblar. Hadisənin detalları ilə bağlı hər hansı bir məlumat ala bilməmişik, ancaq bir türk vətəndaşı olan oğlanın onları narahat etdiyini eşitdik. Qızımız bu mövzuda bizə heç nə deməyib".

Qeyd edək ki, son illər Ukraynada bir sıra azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması faktı qeydə alınıb.

Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar olaraq, həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.
Ukraynada iki azərbaycanlı tələbə qızın meyiti tapıldı

Ukraynada iki azərbaycanlı tələbə qızın meyiti tapıldı

Ukraynada iki azərbaycanlı tələbə qızın meyiti tapıldı

Ukraynada iki azərbaycanlı tələbə qızın meyiti tapıldı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar