Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Samuxda tarix müəlliməsini qaçıranların məhkəməsi başlayır

Tarix: 04-01-2019 20:05     Baxış: 4161 A- / A+
Samuxda tarix müəlliməsini qaçıranların məhkəməsi başlayır


Gəncə Ağır Cinayətlər Məhkəməsində adam qaçırmaqda təqsirli bilinən mütəşəkkil dəstənin məhkəməsi başlayır.

Manevr.az ölkə.az-a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinən Muradov Mirəsgər Mirsaab oğlu, Muradov Kamil Mirsayad oğlu və Muradov Mirhüseyn Mirqafar oğlunun məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 9-da hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Abbasova Bəyim Qurban qızı tanınıb. Belə ki, Samux rayonunun Qarayeri kənd sakini Mirəsgər Muradov evlənmək məqsədi ilə Bəyim Abbasovanı qaçırdıb. Bu işdə ona qohumları Kamil və Mirhüseyn kömək edib. Ancaq bu izdivaca razılıq verməyən Bəyim Abbasovanın valideyinləri Samux Rayon Polis Şöbəsinə şikayət ediblər. Bundan sonra adları çəkilən hər üç şəxs təqsirləndirilən şəxs qismində həbs ediliblər.

Qeyd edək ki, zərərçəkmiş Bəyim Abbasova Samux rayonunda tarix müəllimi işləyir. Saxlanılan Mirəsgər Muradov isə iş adamı kimi tanınır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar