Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qubada ərlə arvadın intiharının TƏFƏRRÜATI :"İçib başqa yerlərdə yatıb qalırdı..."

Tarix: 04-01-2019 12:38     Baxış: 3291 A- / A+
Qubada ərlə arvadın intiharının TƏFƏRRÜATI

Ötən gün Qubada ərlə arvadın intihar etməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, ötən il dekabrın 29-da intihar edən Susayqışlaq kənd sakini Səməd Bədirxanovdan 5 gün sonra həyat yoldaşı Bədirxanova Ceyran Kamal qızı da canına qəsd edib. O, özünü yaşadığı evin həyətindəki tövlədən asıb.
Manevr.az xəbər verir ki, məsələnin təfərrüatı ilə bağlı open.az-a danışan kənd sakinləri bildirib ki, ailə ziyalı ailədir.

Sakinlərin sözlərinə görə, Səməd Bədirxanov içki aludəçisi olub: "İçki içməyinə baxmayaraq, çox yaxşı insan idi. Qardaşı uzun illər bələdiyyə sədri olub. Hörmətli ailədirlər. Lakin Səməd müəllim içəndən sonra şizofren vəziyyətində etdiklərinə nəzarət edə bilmirdi. Bəzən içib başqa yerlərdə yatıb qalırdı, gedib evinə gətirirdilər. Həmin vəziyyətdə ağzının danışığını da bilmirdi. Amma kiməsə söz atsın, ailəsinə və ya başqalarına qarşı şiddət göstərsin, belə şeyləri yox idi. Elə hadisə baş verən günü də içkili olub. Evdəkilər onu intihar edəndən sonra görüblər. Niyə edib, hansı vəziyyətdə edib məlum deyil. Həyat yoldaşı da ondan 5 gün sonra intihar edib. Səbəblərini prokurorluq araşdırır. Meyiti ekpertiza ediblər. Xəbərlərdə ailənin problemlərinin olduğunu deyiblər. Əslində ailənin heç bir sosial problemi olmayıb. Dolanışıqları da yaxşı olub".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar